Roqozinin vəziyyəti ağırdır, Moskvaya köçürülür

Roqozinin vəziyyəti ağırdır, Moskvaya köçürülür

“Roskosmos”un keçmiş baş direktoru, “Çar canavarları” qrupunun hərbi müşavirlərinin rəhbəri Dmitri Roqozinin Moskvaya köçürüləcək.

AzerTimes TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun köməkçisi məlumat verib.

“Hələ ki Dmitri Oleqoviç əməliyyat olunmayıb. Donetsk və Rostovdakı həkimlər əməliyyatın mürəkkəbliyini nəzərə alaraq əməliyyat keçirməyə qərar verməyiblər. Moskvaya aparıldıqdan sonra lazımi tibbi yardımın göstərilməsinə həkimlər şurası qərar verəcək”, – köməkçi bildirib.

Qeyd edək ki, dünən gecə saatlarında Ukrayna ordusu Donetskdə “Roskosmos”un keçmiş direktoru Dmitri Roqozinin olduğu “Şeş beş” restoranını vurub. Nəticədə 2 nəfər ölüb, Roqozin də daxil olmaqla, 7 nəfər yaralanıb.

Teqlər: