Lavrovu BMT-də belə qarşılayacaqlar

Lavrovu BMT-də belə qarşılayacaqlar

ABŞ Rusiyanın xarici işlər naziri Sergey Lavrovu BMT tədbirlərində soyuq qarşılayacaq.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov danışıb.

“Uzun illər ABŞ tərəfdən heç bir dostluq görmədik. Bizə Dövlət Departamentində çox yüksək səviyyədə birmənalı şəkildə xəbərdarlıq edilmişdi ki, burada Sergey Viktoroviçi soyuq qarşılayacaqlar. Görək, bu, ani hadisələrin gedişində necə və hansı şəkildə olacaq”, – səfir bildirib.

Antonov qeyd edib ki, Rusiya xarici işlər nazirinin və onu müşayiət edən şəxslərin Təhlükəsizlik Şurasında iştirakı üçün vizalar hələ verilməyib.

Teqlər: