Məşhur modelyer 94 yaşında vəfat etdi

Məşhur modelyer 94 yaşında vəfat etdi

Mini ətəyin yaradıcısı hesab edilən britaniyalı dizayner Meri Kuant 94 yaşında vəfat edib.

AzerTimes xəbər verir ki, bu barədə “Skay Nyus” telekanalı məlumat yayıb.

“Meri Kuant bu səhər Surrey qraflığındakı evində vəfat edib”, – məlumatda deyilib.

Qeyd edək ki, 2021-ci ildə britaniyalı kinorejissor Sedi Frost dizaynerin həyatından bəhs edən “Meri Kuant: miniinqilab” adlı sənədli film çəkib.

Teqlər: