Aeroport yolunda qəza: 3 nəfər xəsarət aldı

Aeroport yolunda qəza: 3 nəfər xəsarət aldı

Bakının Suraxanı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, aeroport yolunda iki avtomobilin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Bağırov Zaur Cəlil oğlu, 1993-cü il təvəllüdlü Əliyev Nicat Kamil oğlu və 1996-cı il təvəllüdlü Məmmədov Samir Aqil oğlu yaralanıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Teqlər: