Laçında itkin düşən hərbçilərin axtarışları davam edir – Nazirlik

Mart ayının 5-də Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində
itkin düşmüş 2 hərbi qulluqçusunun axtarışları davam etdirilir.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən
məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçuların tapılması məqsədilə yüksək
dağlıq və çətin relyefli ərazilərdə axtarış tədbirləri aparılır:
“Dağlara yağan qar hələ də tam əriməyib. Bunlar isə axtarış
tədbirlərini çətinləşdirir. Lakin buna baxmayaraq itkin düşən
hərbçilərimizin axtarışı davam edir”.

Xatırladaq ki, bu il martın 5-də Laçın rayonu ərazisində
Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava
şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin
düşüblər.

Teqlər: