Azərbaycanda yeni cərimələr müəyyən edilir

Azərbaycanda qanununvericilik təşəbbüslərinin xaricdən
maliyyələşdirilməsinə görə cərimələr müəyyən edilir.

AzerTimes-ın
məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə
dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının
qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı imza
toplanması prosesini və “Azərbaycan Respublikası vətəndaşlarının
qanunvericilik təşəbbüsü hüququndan istifadəetmə qaydası haqqında”
qanunda nəzərdə tutulan digər tədbirlərin maliyyələşdirilməsi üçün
xarici dövlətlərin, beynəlxalq təşkilatların, xarici hüquqi
şəxslərin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin,
həmçinin təsisçisi xarici dövlət, təşkilatların, xarici hüquqi
şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan hüquqi şəxslərin
vəsaitindən istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan
400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək
məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə
cərimə ediləcək.

Dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin mayın 19-da keçiriləcək iclasında müzakirə
ediləcək.

Teqlər: