“Anatolian Phoenix – 2022” təliminin ərazisinə baxış keçirilib (FOTO/VİDEO)

“Anatolian Phoenix – 2022” beynəlxalq axtarış-xilasetmə
təlimində iştirak edən müxtəlif ölkələrin nümayəndələri uçuş
tapşırıqlarının yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hərbi
qulluqçulara təlimin keçirilmə qaydaları, təhlükəsizlik və
təşkilatı məsələlərlə bağlı digər mövzularda təlimat verilib.

Həmçinin, ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar icra
edilib. Uçuş zamanı helikopterlərin qarşılıqlı fəaliyyəti və rabitə
əlaqəsi yoxlanılıb.

Teqlər: