Kürdəmirdə evdən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb (FOTO)

Kürdəmirdə evdən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon
ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət
əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla
onun rayon sakini Azər Əliyev olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf
edərək, evə qanunsuz olaraq daxil olduğunu, oradan müxtəlif növ
məişət əşyaları və avadanlıqları oğurladığını bildirib.

Polis əməkdaşları tərəfindən A.Əliyev tərəfindən oğurlanan əşya
və avadanlıqların yeri müəyyənləşdirilərək, maddi sübut kimi
götürülüb.

Faktla əlaqədar Kürdəmir RPŞ-də cinayət işi başlanılıb,
saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: