Kamran Əliyevin Avropa Prokurorları Konfransında iştirak edəcək

İtaliyanın Baş prokuroru Ciovanni Salvinin dəvəti ilə
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi
nümayəndə heyəti İtaliyanın Palermo şəhərinə işgüzar səfərə
edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, səfər zamanı Kamran Əliyev Avropa Prokurorlarının Məşvərətçi
Şurasının, İtalyanın Ədliyyə və Xarici İşlər Nazirliklərinin Avropa
Şurası ilə birgə təşkil olunan Avropa Prokurorları Konfransında
iştirak edəcək.

Konfrans çərçivəsində bir sıra xarici dövlətlərin baş prokurorları
və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və
çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Teqlər: