Kriştiano Ronaldo yeni doğulan oğlunun vəfat etdiyini açıqlayıb

“Mançester Yunayted” futbol klubunun və Portuqaliya millisinin
hücumçusu Kriştiano Ronaldo yeni doğulan oğlunun vəfat etdiyini
açıqlayıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə futbolçu sosial şəbəkələrdə yazıb.

“Körpəmizin dünyasını dəyişdiyini dərin hüznlə bildirmək
məcburiyyətindəyik. Bu, bir valideynin yaşaya biləcəyi ən böyük
ağrıdır. Yalnız qızımızın dünyaya gəlməsi bizə bu anı ümid və
xoşbəxtliklə yaşamaq üçün güc verir”, – deyə K.Ronaldo yazaraq
həkimlərə və tibb bacılarına “bütün qayğı və dəstəyə görə” təşəkkür
edib.

Bundan əvvəl Ronaldo ailəsinin əkiz uşaq gözlədiyi barədə
məlumat verilib.

.