BƏƏ-də viza qanunvericiliyində deyişiklər edilib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti əcnəbilərin ölkəyə
gəlişi və yaşaması haqqında qanuna əsasnaməni təsdiqləyib.

AzerTimes-ın
məlumatına görə, bu barədə BƏƏ-nin İnformasiya gentliyi
bildirib.

Bildirilib ki, ona əsasən “qızıl” rezident vizası (yaşayış
icazəsinin analoqu) almaq üçün tələblər yumuşaldılıb, “yaşıl”
vizanın qüvvədə olma müddəti uzadılıb, yeni vizalar tətbiq edilib
və adi giriş vizası sahibləri üçün imkanlar genişləndirilib.

Sənəd 90 gündən sonra qüvvəyə minəcək. Bildirilib ki,
investorlara, sahibkarlara, istedadlı şəxslərə, alimlərə,
mütəxəssislərə, ali təhsil müəssisələrinin tələbələrinə və
məzunlarına, humanitar işçilərə və veteranlara 10 il müddətinə
verilən “qızıl” rezident vizasının verilməsi qaydalarına mühüm
dəyişikliklər edilib. Belə viza sahibləri üçün yeniliklərdən ən
vacibi BƏƏ-dən kənarda maksimum qalma müddətinin ləğvi oldu. “Qızıl” viza sahiblərinin heç bir dəstək işçisi personalı üçün
limit ləğv edilib və həmçinin onlar hər yaşda olan həyat yoldaşı və
uşaqları da daxil olmaqla ailə üzvlərinə sponsorluq edə
biləcəklər.

Teqlər: