ABŞ-ın federal məhkəməsi ictimai nəqliyyatda maska ​​taxmaq tələbini ləğv edib

Florida ştatının federal dairə məhkəməsi ABŞ administrasiyasının
koronavirusun yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda
maska ​​taxmaq tələbinin uzadılmasının qanunsuz olduğuna qərar
verərək onu ləğv edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Associated Press” agentliyi xəbər
verib.

Qeyd edək ki, keçən həftə Xəstəliklərə Nəzarət və Profilaktikası
üzrə Federal Mərkəzlər (CDC) qoruyucu maskaların məcburi
taxılmasını bir daha mayın 3-dək uzadıb.

Bu qərar hakimiyyət orqanların ölkədə koronavirusun yayılma
dinamikasını birmənalı şəkildə bilmək üçün daha çox vaxta ehtiyacı
olduğu ilə izah olunub.

Teqlər: