Kreml Zelenskinin referendum təklifinə münasibət bildirib

Ukrayna suveren dövlətdir və öz prosedurlarına malikdir, lakin
danışıqlar prosesini uzatmaq arzuolunmazdır.

Trend xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri
Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Donetsk, Luqansk və
Krımın təhlükəsizlik məsələləri ilə bağlı son qərarın ümumukrayna
referendumunda verilməsi təklifinə cavab olaraq belə deyib.

O qeyd edib ki, bu məsələlər danışıqlar masasındadır və onları
kütləvi müzakirəyə çıxarmaq onsuz da ləng gedən danışıqlar
prosesini uzada bilər.

Teqlər: