Xocasən gölü ətrafında yaşıl koridorun yaradılması davam edir

Ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında yaz ağac
əkini çərçivəsində ağacəkmə tədbirləri davam edir.

AzerTimes xəbər verir ki, ETSN-in
Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri
Səyyarə Məmmədova bildirib ki, bu gün keçirilən ağacəkmə zamanı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən
Xocasən gölü ətrafında Abşeron yarımadasının iqliminə uyğun 1000
ədəd Eldar şamı və zeytun ağacı əkilib.

S.Məmmədova ictimaiyyət nümayəndələrini, dövlət və özəl
təşkilatları, təbiətsevərləri bu nəcib təşəbbüsə qoşulmağa və
ağacəkmə tədbirlərində yaxından iştiraka dəvət edib.

Teqlər: