Ukrayna mümkün qədər qaz tranzitini davam etdirəcək – “Naftoqaz”

Ukrayna Rusiya təbii qazının “texniki cəhətdən mümkün olduğu”
müddətdə tranzitini davam etdirmək niyyətindədir.

Trend UNİAN-a istinadən xəbər verir ki, bunu “Naftoqaz”ın
rəhbəri Yuri Vitrenko deyib.

“Qərar verildi ki, texniki cəhətdən mümkün olduğu müddətdə biz
Rusiya qazının tranzitini davam etdirəcəyik.

Vitrenko əlavə edib ki, Rusiya qoşunları tranzit qaz
infrastrukturu ilə bağlı ehtiyatlı davranır.