Koronavirusa qarşı peyvəndləri mövsümi peyvənd elan edilə bilər – Nazir

Koronavirusa qarşı peyvəndlərin mövsümi peyvənd kimi istifadə
edilməsi ilə bağlı ehtimal mövcuddur.

AzerTimes-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev
informasiya agentliklərinə açıqlamasında deyib.

Nazir bildirib ki, gözləntilər elədir ki, kollektiv immunitet
nəticəsində ola bilsin ki, pandemiyanın sona çatdığı elan
olunsun.

“Amma çox ehtiyatlı olmalyıq. Payız ayına kimi müəyyən
gözləntilər var. Payızda sıçrayış olmasa bu məsələ qapalı kimi elan
oluna bilər. Müəyyən vaxt keçdikcə kollektiv immunitet zəifləyir.
Bununla bağlı hər hansı bir dəyişiklik olsa ola bilsin ki, COVİD
19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”, – deyə nazir əlavə
edib.

Teqlər: