Bakı Nəqliyyat Agentliyinin yeni əsasnaməsi hazırlanır – Eldar Əzizov

Bakı Nəqliyyat Agentliyinin yeni əsasnaməsi hazırlanır.

AzerTimes-ın məlumatına görə, bunu informasiya agentliklərinə
açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov
deyib.

E.Əzizov qeyd edib ki, Nazirlər Kabineti o əsasnaməni təsdiq
edəndən sonra ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyevin “Bakı
şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin
təkmilləşdirilməsi haqqında” imzaladığı fərmana əsasən Bakı
Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra
Hakimiyyəti başçısının tabeliyinə verilib.

Teqlər: