Almaniya İsraildən HHM sistemləri almaq niyyətindədir

Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Eberhard Tsorn və
kansler Olaf Şolts İsraildən “Arrow 3” hava hücumundan müdafiə
müdafiə sistemlərinin alınması imkanını müzakirə ediblər.

AzerTimes-ın məlumatına görə, bu barədə “Bild am Sonntag” qəzeti
xəbər yayıb.

Məlumata əsasən, bu sistemlərin bir ədədinin qiyməti 2 milyard
avrodur və 2025-ci ilə qədər Almaniyada istifadəyə verilə
bilər.

Eyni zamanda, qəzet İsraillə danışıqların hansı mərhələdə
olduğunu və ya danışıqların başlayıb-başlamaması barədə məlumat
vermir.