Konqonun şərqində silahlıların hücumu nəticəsində onlarla insan ölüb

Silahlı şəxslərin Konqo Demokratik Respublikasının şərqindəki
İturi əyalətinin Monqvalu şəhəri yaxınlığındakı mədən düşərgəsinə
basqın etməsi nəticəsində onlarla insan ölüb, çoxlu sayda insan
itkin düşüb.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, ordunun sözçüsü Jules Ngongo
Tsikudi Monqvalu yaxınlığındakı mədən düşərgəsində ölümcül hücumun
baş verdiyini təsdiqləsə də, itkilərin dəqiq sayını
açıqlamayıb.

“Növbəti saatlarda ölənlərin dəqiq sayını biləcəyik. Ordu
burada, İturidəki silahlı qrupları tamamilə məhv etmək üçün
gecə-gündüz çalışır”, – Tsikudi bildirib.

Yerli bətəndaş cəmiyyəti liderlərinin hesablamalarına görə,
hadisə əticəsində azı 30-50 nəfər həlak olub.