Böyük Britaniya Rusiyadan platin və palladium a artan rüsumlar tətbiq etdi

Böyük Britaniya Rusiya və Belarusdan platin, palladium və kimya
məhsulları da daxil olmaqla cəmi 1,4 milyard funt sterlinq (1,72
milyard dollar) dəyərində bir sıra yeni malların idxalına 35%
artırılmış rüsumlar tətbiq edəcək.

Trend “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə bazar günü Böyük
Britaniya hökumətinin saytında yerləşdirilmiş məlumatda
deyilir.

Qeyd olunur ki, artırılmış rüsum tətbiq edilmiş Rusiya
Federasiyasına və Böyük Britaniya arasında idxal-ixracın ümumi
həcmi 4 milyard funt-sterlinqə (5 milyard dollar) çatacaq.

Buraya Böyük Britaniyanın Rusiyaya ixracına gözlənilən
məhdudiyyətlər daxildir ki, bu da Rusiya iqtisadiyyatının ən asılı
sektorlarında 250 milyon funt-sterlinq (310 milyon dollar)
dəyərində malları hədəf alacaq.

Britaniya Maliyyə Nazirliyinin hesablamalarına görə, növbəti
sanksiyalar paketinin tətbiqindən sonra krallığa Rusiyadan idxal
edilən malların 96%-nə (qızıl və enerji istisna olmaqla) və
Britaniyanın Rusiyaya ixracının 60%-nə məhdudiyyətlər tətbiq
olunacaq.

Teqlər: