BMT Talibanın əfqan qadınlarla bağlı yeni qərarından narahatdır

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyası
(UNAMA) Taliban nümayəndələrinin bütün qadınların üzlərini örtüb
çölə çıxması və yalnız zəruri hallarda evlərini tərk etmələri
barədə bəyanatından dərin narahatlığını ifadə edib.

Trend xəbər
verir ki, BMT-nin mətbuat xidmətinin yaydığı bəyantda qeyd olunur
ki, UNAMA bu qərarın tövsiyə deyil, onu ciddi şəkildə yerinə
yetirilməsini şərtləndirən rəsmi qərardır.

Qurum bildirir ki, adıçəkilən qərar Talibanın bütün əfqanların,
o cümlədən qadınların və qızların insan hüquqlarına hörmətlə bağlı
çoxsaylı vədlərinə ziddir. Çünki hərəkat son on il ərzində aparılan
müzakirə və danışıqlarda beynəlxalq ictimaiyyətə bu barədə vəd
verib.

2021-ci ilin avqustunda hakimiyyətə gəldikdən sonra Taliban
qadınlara işdə, təhsildə və bütövlükdə cəmiyyətdə bərabər hüquqlar
veriləcəyini vəd edərək, bu zəmanətləri bir daha
təsdiqləmişdir.

UNAMA bu sərəncamın statusu ilə bağlı aydınlıq əldə etmək üçün
dərhal Talibanla görüş tələb edəcək. Missiya rəhbərliyi həmçinin
beynəlxalq ictimaiyyətin üzvləri ilə də bu qərarın nəticələri ilə
bağlı məsləhətləşmələr aparacaq.