Konqoda qatar qəzasında 60 nəfər ölüb

Konqo Demokratik Respublikasının Lualaba əyalətində qatar qəzası
nəticəsində azı 60 nəfər həlak olub.

Trend-in
məlumatına görə, qəza 10 vaqondan ibarət qatarın yüksəkliyə çıxması
zamanı baş verib.

Maşinistin idarəetməni itirməsi nəticəsində vaqonlar relslərdən
çıxaraq dərəyə yuvarlanıb.

Qeyd olunur ki, qəzaya uğrayan yük qatarı olub və sərnişin
daşıması qadağan edilib.

Hazırda hadisə yerində axtarışlar davam edir. Ölü sayının
artacağı istisna olunmur.