Azərbaycanın təkliflərini rədd etmək çox məntiqsiz olar, Ermənistanın cavabını gözləyəcəyik – Nazir

Azərbaycanın təkliflərini rədd etmək çox məntiqsiz olar,
Ermənistanın cavabını gözləyəcəyik.


Trend
-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin
normallaşması üçün baza prinsiplərini təqdim etdik. Hesab edirik
ki, həmin təklifləri rədd etmək çox məntiqsiz olar. Ermənistan
tərəfinin cavabını gözləyəcəyik. Bir maraqlı məqamı da diqqətinizə
çatdırmaq istəyirik. Bir ilə yaxın müddət idi ki, sülh müqaviləsi
təklifini vermişdik və buna heç bir cavab yox idi. Ancaq biz ikinci
sənədi Ermənistana təqdim edəndən sonra dünən Ermənistan Xarici
İşlər Nazirliyinin mətbuat katibi Ermənistanın Azərbaycanla sülh
müqaviləsi ilə bağlı danışıqlara başlamaq üçün beynəlxalq
vasitəçilərə müraciət etmək planlarını dilə gətirib. Bu ikinci
təklifə müəyyən mənada Ermənistandan cavab reaksiyası idi” – nazir
əlavə edib.

Teqlər: