Kolumbiya hakimiyyəti “Körfəz Klanı” narkotik kartelinin liderini ABŞ-a təhvil verib

Kolumbiya hakimiyyəti “Körfəz Klanı” narkotik kartelinin lideri
Otonyel ləqəbli Dayro Usuqunu ABŞ-a ekstradisiya edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Kolumbiya prezidenti İvan Duke
bildirib.

“Sizə bildirmək istəyirəm ki, Otonyel ləqəbli Dayro Antonio
Usuqa ekstradisiya edilib”, – deyə dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, D.Usuqa “yalnız Pablo Eskobarla müqayisə
edilə bilən cinayətkardır”.