Bakıda yaşayış binasında yanğın baş verib (ƏLAVƏ OLUNUB)

Bakı şəhəri, Səbail rayonu, Ö.Nemətzadə küçəsində yaşayış
binasında baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata görə, yanğın FHN-nin
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri
tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

xxx

02:46

Bakı şəhəri, Səbail rayonunun Ö.Nemətzadə küçəsi ünvanında
yerləşən yaşayış binasında yanğın olması barədə məlumat daxil
olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata görə, məlumat qəbul
ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb
olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Teqlər: