Böyük Britaniya Ukraynaya humanitar yardım üçün 57 milyon dollar ayıracaq

Böyük Britaniya Ukraynadakı münaqişədən zərər çəkmiş ən həssas
təbəqəyə 45 milyon funt sterlinq (57 milyon dollar) verəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Britaniyanın Xarici İşlər
Nazirliyi bildirib.

Bildirilib ki, bu vəsaitlər BMT strukturlarına və humanitar
təşkilatlara göndəriləcək.

15 milyon funt-sterlinq (19 milyon dollar) BMT-nin Ukrayna üzrə
Humanitar Fonduna və BMT-nin Uşaq Fonduna müvafiq olaraq ianə
olunacaq. Daha 10 milyon funt sterlinq (12,6 milyon dollar)
Moldovada qaçqınlara kömək edən humanitar təşkilatlara, 5 milyon
funt sterlinq (6,3 milyon dollar) isə Beynəlxalq Qızıl Xaç və Qızıl
Aypara Cəmiyyətləri Federasiyasına müvafiq olaraq veriləcək.

Teqlər: