Klinik Tibbi Mərkəzdə 1000 kvadratmetrlik təcili yardım şöbəsi yaradılır

Xəbər - Çingiz Səfərli – Trend:

Klinik Tibbi Mərkəzdə 1000 kvadratmetr sahəsi olan təcili yardım şöbəsi yaradılır.

AzerTimes xəbər verir ki, bunu Klinik Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov “TƏBİB məsləhəti” verilişində deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Klinik Tibbi Mərkəzdə həmçinin ÜST-lə birgə təlim mərkəzinin yaradılması da nəzərdə tutulub.

“Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı və TƏBİB-in əməkdaşlığı çərçivəsində respublikada 14 təlim mərkəzi yaradılıb. Burada həm təcili yardım stansiyaları, həm də həkimləri üçün ilkin tibbi xidmətin təşkili üzrə təlimlər keçirilir. Qardaş Türkiyənin müxtəlif institutları ilə təcrübə mübadiləsi aparılır” – deyə, o əlavə edib.

Teqlər: