Təcili yardım şöbələrində müdaxilə otaqları yaradılıb

Xəbər - Çingiz Səfərli – Trend:

Təcili yardım şöbələrində müdaxilə otaqları yaradılıb.

AzerTimes xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov “TƏBİB məsləhəti” verilişində deyib.

Onun sözlərinə görə, bu, hər hansısa bir travmatoloji hallarda xidmət almaq imkanı yaradır.


“Hazırda bəzi xəstəxana binalarının quruluşu təcili yardımla bağlı icbari tibbi sığortanın tətbiqinə imkan vermir. Gələcəkdə bu, çarpayı sayına görə müəyyənləşdiriləcək. Eləcə də müşahidə çarpayılarının ümumi çarpayı fonduna görə standartları olacaq. Artıq keçən ildən başlayaraq TƏBİB-in müəyyən departamenti xəstəxanalarda keyfiyyət standartlarının yaradılması üçün fəaliyyət göstərir. Artıq ilk ildə 20 keyfiyyət standartının tətbiqinə başlanılıb” – deyə o, bildirib.

Teqlər: