Qobustanda əcnəbi narkotacirə kuryerlik edən şəxslərdən külli miqdarda heroin götürülüb (FOTO)

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə
gətirilən külli miqdarda narkotik vasitələri qəbul edib, onlayn
yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edənlər
tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında
keçirilən tədbir zamanı Bakı şəhər sakini Məmmədiyyə Alxazov və
Cəlilabad rayon sakini Ramal Əliyev saxlanılıb.Üzərilərinə
keçirilən baxış zamanı onlardan 2 kiloqram 170 qram narkotik vasitə
olan heroin aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xarici
ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik
maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə
yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunublar.
M.Alxazov və R.Əliyev həmin şəxsin göndərdiyi narkotik vasitələrin
ölkə ərazisində satışını təşkil ediblər.Sonuncu dəfə isə Qobustan
şəhəri ərazisində bu əməllərini reallaşdırmaq istəyərkən polis
əməkdaşları tərəfindən iş başında yaxalanıblar.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq
tədbirləri davam etdirilir.Məhkəmənin də qərarı ilə hər iki şəxs
barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: