Kərim Benzema növbəti dəfə “Real”a qələbə qazandırdı

Madridin “Real” futbol klubu İspaniya çempionatının 32-ci turu
çərçivəsində “Sevilya”nın qonağı olub.

Trend xəbər
verir ki, oyunda hesabı ev sahibləri açıb. Eks “barsalı” Rakitiç
21-ci dəqiqədə “Real”ın qapısına yol taıb. Oyunun 25-ci dəqiqəsində
Erik Lamela hesabdakı hesabdakı fərqi iki topa çatdırıb. Birinci
hissə bu hesabla başa çatıb.

İkinci taymda oyunun gedişatını tam dəyişən “Real” üç qol
vuraraq meydanı qalib tərk edib. “Kral klubunun” heyətində 50-ci
dəqiqədə Rodriqo, 83-cü dəqiqədə Naço Fernandes, qələbə qolunu isə
artırılmış ikinci dəqiqədə Kərim Benzema vurub.

Beləliklə rəqibini 3:2 hesabı ilə məğlub edən “Real” 75 xalla
turnir cədvəlində liderliyini möhkəmləndirib.

Teqlər: