Zelenski BVF rəhbəri ilə Ukraynanın postmüharibə dövründə bərpası məsələlərini müzakirə edib

Ukrayna prezidenti Vladimir Zelenski BVF-nin icraçı direktoru
Kristalina Georgiyeva ilə Ukraynanın maliyyə sabitliyinin təmin
edilməsi və postmüharibə dövründə bərpasına hazırlıq məsələlərini
müzakirə edib.

Trend “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti
öz “Twitter” səhifəsində paylaşım edib.

“BVF-nin icraçı direktoru Kristalina Georgiyeva ilə Ukraynanın
maliyyə sabitliyinin təmin edilməsi və müharibədən sonrakı
bərpasına hazırlıq məsələlərini müzakirə etdik. Hazırda dəqiq
planlar, eləcə də mümkün perspektiblərə baxışımız var”, – Ukrayna
dövlət başçısı qeyd edib.

Teqlər: