ABŞ-da restoranda atışma nəticəsində azı 9 nəfər yaralanıb

Cənubi Karolina ştatının Furman şəhərindəki restoranda atışma
baş verib.

Trend xəbər verir ki, bu barədə yerli ABC telekanalı
hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

Bildirilir ki, insident nəticəsində azı 9 nəfər yaralanıb.

Hadisənin baş vermə səbəbləri aydınlaşdırılır.

Qeyd edək ki, analoji hadisə ötən gün ştatın Kolumbiya şəhərində
baş vermişdir. Nəticədə 14 nəfər xəsarət almışdır.