Türkiyə müdafiə sənayesi məhsullarının ixracını artırıb

2022-ci ilin yanvar-mart aylarında Türkiyənin müdafiə sənayesi
məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 48,6 faiz
artaraq 962 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 327,7 milyon dollar məbləğində
müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da keçən ilin mart ayı
ilə müqayisədə 32,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2021-mart 2022) Türkiyə
3,526 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac
edib.