Kapital Bank Naxçıvandakı sahibkarlara da dəstək göstərir (FOTO)

Xəbər verdiyimiz kimi, 2020-ci ildən başlayaraq Kapital Bank
korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin
özünüməşğulluq işlərinin təşkili istiqamətində layihənin icrasına
davam edir. Belə ki, bank, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası
arasında olan həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə
köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna
qoşulub.

Layihə çərçivəsində paytaxt Bakı ilə yanaşı ölkənin əksər
regionlarında 100-dən artıq işsiz, əlil, qazi, məcburi köçkün və
aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə
özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq
avadanlıqlar təqdim edilib. Artıq Naxçıvanda yaşayan vətəndaşlara
da bank tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olan
avadanlıqlar təqdim edilib.

Qeyd edək ki, bu layihə ölkə başçısı cənab İlham Əliyevin həssas
əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında
sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən həyata
keçirilir və ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafına
öz töhfəsini verir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt,
BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Teqlər: