Uçquna görə bağlanan Lahıc yolunun bərpasına başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İsmayıllı-Lahıc
yolunda baş verən uçqunla bağlı məlumat yayıb.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, bu gün səhər
saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik
hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülüb.

“Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin
xüsusi təyinatlı texnikaları və canlı qüvvəsi cəlb edilib. Yolun
hərəkət hissəsinə tökülmüş qaya parçalarının kənarlaşdırılması
istiqamətində aparılan işlər yaxın dəqiqələrdə başa çatdırılaraq
yol boyu hərəkət bərpa olunacaq”,- məlumatda deyilir.

Teqlər: