Bakı Ali Neft Məktəbinin tələbəsi ABŞ-nin 4 universitetinə doktoranturaya qəbul olunub (FOTO)

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V
kurs tələbəsi Rəşad Əhmədov ABŞ-nin 4 universitetinin doktorantura
pilləsində tam təqaüdlə təhsil almaq imkanı qazanıb.

O, müraciət etdiyi Tuleyn Universiteti (Tulane University),
Stevens Texnologiya İnstitutu (Stevens Institute of Technology),
Roçester Universiteti (University of Rochester) və Konnektikut
Universitetinin (University of Connecticut) hər birindən müsbət
cavab alıb. Bu universitetlər Rəşad Əhmədovun tam təqaüdlə Kimya
mühəndisliyi ixtisasının doktorantura pilləsində təhsil almaq
müraciətini qəbul ediblər.

BANM-in tələbəsi imkanları qiymətləndirərək ABŞ universitetləri
arasında reytinqinə görə 34-cü pillədə yerləşən Roçester
Universitetini seçib. Onun bu Universitetdən qazandığı təqaüdün
məbləği 90 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, Rəşad Əhmədov 2017-ci ildə Bakı Ali Neft
Məktəbinin Kimya mühəndisliyi ixtisasına 677 balla daxil olub.

Teqlər: