Kanadada tufan nəticəsində ölənlərin sayı 10-a çatıb

Mayın 21-də Kanadanın Kvebek və Ontario əyalətlərinin cənub
bölgələrində başlayan tufan nəticəsində ölənlərin sayı 10 nəfərə
çatıb.

Trend xəbər verir ki, bu barədə “CTV” telekanalı məlumat yayı.
Daha əvvəl 8 nəfərin öldüyü bildirilirdi.

Son məlumatlara görə, 9 nəfər tufan nəticəsində aşan ağacların
altında qalaraq, 1 nəfər isə qayığın aşması nəticəsində ölüb.

Yerli elektrik şəbəkəsi şirkətlərindən bildirilib ki, Ontarioda
təxminən 185 min istehlakçı, Kvebekdə isə təxminən 200 min
istehlakçı elektriksiz qalır.