Bayden Kolumbiyanı ABŞ-ın NATO xaricindəki əsas müttəfiqləri sırasına daxil edib

ABŞ Prezidenti Cozef Bayden Kolumbiyaya ölkəsinin NATO
xaricindəki əsas müttəfiqi statusunu verib.

Trend xəbər verir ki, bu barədə C.Baydenin Ağ Ev tərəfindən dərc
edilən memorandumunda deyilir.

“Prezident kimi səlahiyyətlərim çərçivəsində <…> mən
Kolumbiyanı ABŞ-ın NATO xaricindəki əsas müttəfiqləri sırasına
daxil edirəm”, – deyə memorandumda deyilir.