Kanada XİN başçısı koronavirusa yoluxduğunu bildirib

Kanadanın xarici işlər naziri Melani Joli, koronavirus üçün ekspress-testinin nəticəsinin müsbət olduğunu və özünü təcrid etmək məcburiyyətində qaldığını söyləyib.

Trend xəbər verir ki, o bu barədə öz rəsmi “Twitter” səhifəsində yazıb.

XİN başçısının sözlərinə görə, o PSR-test cavabları çaxanadək öz vəzifələrini distant şəkildə yerinə yetirəcək. Joli həmçinin bayram günlərində insanların təhlükəsizliyini təmin etmək üçün peyvənd və revaksinasiya olunmağa ehtiyac olduğunu xatırladıb.


Bundan əlavə, Coli əhalini koronavirusa qarşı tədbirlərə riayət etməyə çağırıb.

Teqlər: