Göyçay sakini “Naqan” markalı tapançanı polisə təhvil verib

Vətəndaşlarda olan qanunsuz odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə müraciət edən rayonun İnçə kənd sakini Dursunalı Allahverdiyev “Naqan” markalı tapançanı könüllü olaraq təhvil verib.


Faktla bağlı araşdırma aparılır.

Teqlər: