ABŞ-da koronavirusun “omikron” ştammından ilk ölüm halı qeydə alınıb

ABŞ-da koronavirusun “omicron” ştammı ilə yoluxma nəticəsində ilk ölüm halı qeydə alınıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, ölən xəstə Texas ştatının Harris dairıəsindən olan, peyvənd olunmamış və səhhətində problemlər yaşayan 50 yaşlarında bir kişidir.

Daha əvvəl ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri ölkədə koronavirusun “omicron” variantının üstünlük təşkil etdiyini bildirmişdir. Son bir həftə ərzində toplanmış məlumatlara görə, yoluxmuşların 73% -dən çoxunda bu mutasiya aşkar edilmişdir. Bir sıra regionlarda, o cümlədən ölkənin cənub-şərqində və şimal-qərbində “omicron” ştammı ilə yoluxmuşların nisbəti 90%-i ötür.

Teqlər: