Diplomatik korpus nümayəndələri Murovdağ tunelinin bərpası işləri ilə tanış olublar (FOTO)

Kəlbəcər. Trend:

Diplomatik korpus nümayəndələri Murovdağ tunelinin bərpası
işləri ilə tanış olublar.

Trend xəbər
verir ki, qonaqlara tunelin bərpa prosesi, eləcə də
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi barədə məlumat
verilib.

Qeyd olunub ki, tikintisinin 2024-2025-ci illərdə başa
çatdırılması planlaşdırılır, tikintidən sonra bu yolda hərəkət bir
saatdan az vaxt aparacaq.

Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən
80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq
təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad
edilmiş ərazilərə doqquzuncu səfəridir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: