Jozep Borrel Brüsseldə keçirilmiş üçtərəfli görüşün yekunlarını alqışlayır

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti
üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə Azərbaycan Prezidenti
İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa
İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında keçirilmiş
üçtərəfli görüşün yekunlarını alqışlayır.

Trend-in
məlumatına görə, bu barədə o, öz “Twitter” səhifəsində yazıb.

“Dayanıqlı sülhə doğru hərəkətin dinamikasını dəstəkləyəcək
konkret addımları görməyə ümid edirik. Aİ Cənubi Qafqazda sülhün
qurulması üçün səylərdə fəal iştiraka davam edir”, – C.Borrel
bildirib.

Qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham
Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və
Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşü olub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: