Azərbaycanda din xadimi kimi fəaliyyət göstərmək üçün tələblər müəyyən edilib

Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) din
xadimi kimi işləmək istəyənlər üçün tələblər müəyyən edilib.

AzerTimes-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi tərəfindən elan edilən İslam dininə aid ibadət yerlərində
(məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibədə iştirak
etmək istəyən namizədlər 24 may 2022-ci il tarixindən 24 iyun
2022-ci il tarixə qədər aşağıdakı sənədləri təqdim
etməlidirlər.

• Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət
informasiya ehtiyatlarından çıxarış;
• Tərcümeyi-hal;
• Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada
təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya
ehtiyatlarından çıxarış;
• Sağlamlıq haqqında arayış;
• Narkoloji dispanserdən arayış;
• Ruhi-əsəb dispanserindən arayış;
• Məhkumluq barədə arayış;
• Foto (3×4) (4 ədəd);
• Ərizə.
• Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və
yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən
edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və
yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında
yerləşdiriləcək.

Teqlər: