“Bakı enerji həftəsi”ndə 300-dən çox şirkət iştirak edəcək

Bakıda energetika sahəsində keçiriləcək tədbirlərdə 30-dan çox
ölkədən 300-dən artıq şirkət iştirak edəcək.

Trend-in
məlumatına görə, bunu “Iteca Caspian” şirkətinin icraçı direktoru
Fərid Məmmədov 27-ci “Xəzər Neft-Qaz” beynəlxalq sərgisi, 10-cu “Energetika və Xəzərin bərpa olunan enerji mənbələri” beynəlxalq
sərgisi, eləcə də “Xəzər Neft-Qaz” konfransının təşkili ilə bağlı
keçiriləmn tədbir zamanı deyib.

Onun sözlərinə görə, bu tədbirlər “Baku Energy Week” brendi
altında keçiriləcək.

Öz növbəsində Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Cahid Mikayılov deyib ki, Bakıdakı Enerji forumunda bir sıra
nazirlər, eləcə də nazir müavinləri, beynəlxalq təşkilatlar və
ekspertlər iştirak edəcək.

Qeyd edək ki, iyunun 1-3-də Bakı Ekspo Mərkəzində enerji
sərgiləri, iyunun 2-3-də isə Bakı Konqres Mərkəzində Bakı enerji
forumu keçiriləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: