İtaliyanın Avstraliyadakı səfiri eyvandan yıxılaraq ölüb

İtaliyanın Avstraliyadakı səfiri Françeska Tardiolu vətənində
tətildə olarkən eyvandan yıxılaraq ölüb.

AzerTimes-ın “Corriere di Umbria”ya istinadən verdiyi məlumata görə,
hadisə fevralın 19-da baş verib.

Məlumata əsasən, F.Tardiolinin ölümü ilə bağlı aradşrıma
aparılır.

“La Stampa” qəzeti hadisənin bədbəxt hadisə olmadığını, 56 yaşlı
diplomatın depressiyadan əziyyət çəkdiyini iddia edib.

Kanberradakı səfirlik “gözəl insan, peşəkar diplomat və insan
haqları müdafiəçisi”nin vaxtsız vəfatı ilə bağlı başsağlığı
verib.

F.Tardioli 2019-cu ilin sentyabrından Kanberrada səfir
vəzifəsində çalışır. O, ingilis və fransız dillərini mükəmməl,
alman və ispan dillərini isə yaxşı bilirdi.