Qaxda dağ-meşə ərazisində yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə Qax rayonunun Qum kəndi yaxınlığında dağ-meşə
ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul
ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin
yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

FHN-dən AzerTimes-a verilən məlumata görə, yanğına çevik müdaxilə və
cəlb edilən qüvvələrin effektiv idarə edilməsi sayəsində yanğının
geniş əraziyə yayılmasının qarşısı alınıb, ərazinin qalan hissəsi
yanğından mühafizə olunub.

İlkin məlumata əsasən, təqribən 5 ha sahədə kol-kos, xəzəl və
qurumuş ağac kötükləri yanır. Yanğınsöndürmə işləri davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı
Mərkəzinin əməkdaşları yanğının söndürülməsinə köməklik
göstərirlər.


Qeyd edək ki, yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində
aparılır, əsasən əl əməyindən istifadə olunur.

Əlavə məlumat veriləcək.

Teqlər: