İtaliyada batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnirdə komandamızın üzvləri daha 3 medal qazanıblar (FOTO)

İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və
tamblinq üzrə 3-cü “Aere Trampoline Cup” beynəlxalq turnirində
yığma komandamızın üzvləri batut üzrə 13-16 yaş kateqoriyasında
daha 3 medal qazanıblar.

AzerTimes-ın məlumatına görə,
fərdi proqramda mübarizə aparan Maqsud Mahsudov qızıl medal əldə
edib.

İdmançımız sinxron cütlük proqramında da komanda yoldaşı Hüseyn
Abbasov ilə birlikdə ən güclü olduğunu sübuta yetirib. Sinxron
cütlüklər proqramında daha bir gümüş medala Nicat Mirzəyev və Əli
Niftəliyev sahib çıxıblar. Xatırladaq ki, komandamıza ilk qızıl
medalı tamblinq üzrə 13-16 yaş qrupunda Bilal Qurbanov
qazandırmışdı.

Teqlər: