Zahid Niftəliyev həbs olunub

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin
Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid
Niftəliyev həbs olunub.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun
Mətbuat Xidmətindən bildirilib.

Zahid Niftəliyevə qarşı Hərbi Prokurorluğun İstintaq idarəsində
Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4,
312.2 maddələri ilə cinayət işi başlanıb. Lakin Z.Niftəliyev
istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib və 27 may
2022-ci il tarixdə saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.

Teqlər: