Serial çəkilişində meşədə baş verən yanğın 50 milyon avro ziyan vurub

İtaliyanın Stromboli adasında serial çəkilişi zamanı baş vermiş
meşə yanğını bölgəyə 50 milyon avro məbləğində ziyan vurub.

Trend-in
məlumatına görə, bu barədə İtaliya mətbuatı yazır.

Qeyd olunur ki, yanğın zamanı 5 min kvadrat metr ərazi
yanıb.

Yanğın bir neçə gün əvvəl mülki müdafiə və xilasetmə barədə
sənədli serialın çəkilişləri zamanı baş verib.

Yanğınla əlaqədar yerli sakinlər yaşayış yerlərindən təxliyə
edilib.